ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları nəticəsində "Apple" şirkətinin yalnız cari rübdəki istehsal xərcləri təxminən 900 milyon dollar artıb.
Qaynarinfo xəbər verir ki, "iPhone" istehsalçısı bu rəqəmi maliyyə hesabatlarını açıqlayarkən bildirib və bununla da ABŞ-ın tarif siyasətinin texnoloji nəhənglər üçün necə ciddi maliyyə itkiləri doğura biləcəyini bir daha vurğulayıb.
Şirkətin rəhbəri Tim Kuk qeyd edib ki, bu hesablamalara əlavə tarif yükünün olmayacağı ehtimalı daxil edilib. O, növbəti rüblərlə bağlı konkret proqnoz verməkdən imtina edib və analitiklərlə telefon konfransı zamanı dəqiq məbləği açıqlamayıb.
Məlumatlara görə, "Apple" hazırda "iPhone" istehsalını Hindistanda genişləndirir. Tramp administrasiyası Çin istehsalı olan mallara, o cümlədən elektron məhsullara 145%-lik gömrük rüsumu tətbiq etsə də, smartfonlar və noutbuklar kimi cihazlar bu qərardan müvəqqəti olaraq azad edilib.
Tim Kuk CNBC telekanalına açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ-da satılan "iPhone"ların təxminən 50%-i Hindistandan gətirilir. Onun sözlərinə görə, növbəti rübdə "Apple" ABŞ bazarını demək olar ki, tamamilə Vyetnamda istehsal olunan "iPad", "Mac" kompüterləri və "Apple Watch" saatları ilə təmin edəcək.
Aydın
Şərhlər