Xəbər lenti

Premyer Liqada bu gün daha iki oyun keçiriləcək
İdman 09:33 03.05.2025

Premyer Liqada bu gün daha iki oyun keçiriləcək

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda bu gün daha iki oyun keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Şamaxı" autsayder "Səbail"lə üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Digər görüşdə isə üçüncü yerə iddialı olan "Araz-Naxçıvan" "Sabah"ı sınağa çəkəcək. "Liv Bona Dea Arena"dakı oyun saat 19:30-da başlayacaq.

Naxçıvan təmsilçisi 54 xalla üçüncü, 40 xalı olan "Sabah" isə beşincidir. 35 xala malik "Şamaxı" yeddinci sırada yer alıb "Səbail" isə 21 xalla sonuncu - onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib (1:0) gəlib. Turun qalan iki oyunu sabah keçiriləcək. "Qarabağ" "Sumqayıt"ı, "Neftçi" "Kəpəz"i qəbul edəcək.

Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
3 may

17.00 Şamaxı - Səbail
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu.

19.30 Araz-Naxçıvan - Sabah
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Liv Bona Dea Arena".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->