Xəbər lenti

Goranboy rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
Ekonomiks 10:53 31.08.2024

Goranboy rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Onlayn Azərbaycan” layihəsi çərçivəsində "Aztelekom” MMC tərəfindən Goranboy rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Belə ki, Goranboy şəhərində şəbəkənin tikintisi başa çatıb. Rayonun Tap Qaraqoyunlu, Veyisli, Yeni Veyisli, Rəhimli, Abbasqulular, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, İrəvanlı, Cinli Zeynallı, Nərimanlı, Bolsulu, Eyvazlılar, Məşədiqaralar, Balakürd, Qızılhacılı, Yuxarı Ballıqaya, Xoylu, Nizami, Yolqulular, Şadılı, Faxralı, Düzqışlaq, Bəşirli, Qurbanzadə, Alpout, Baxçakürd, Xınalı, Qırıqlı, Şıxlar, Kələk, Qaramusalı, Qarasuçu, Göynüyən, Hazırəhmədli, Xəsədərli, Gülməmmədli, Qarapirimli, Həmənli, Borsunlu, Qazanbulaq, Nadirkənd, Qazaxlar, Təklə, Yeni Yol, Xan Qərvənd, Əlirzalı, Börü, Aşağı Ağcakənd, Zeyvə kəndlərində və Goran qəsəbəsində 29927 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 10175 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->