FIFA-2025: "Çelsi" nə qədər qazandı? (MƏBLƏĞ/VİDEO)
Klublararası dünya çempionatının qalibi olan "Çelsi"nin qazancı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, komanda turnirdə ümumilikdə 114,6 milyon dollar gəlir əldə edib.
Bunun 29 milyon dolları turnirdə iştiraka görə, 86,5 milyon dolları isə əlavə mükafat olub. İlk "üçlük"də Fransanın PSJ (106,9 milyon dollar), həmçinin İspaniyanın "Real Madrid" (82,5 milyon dollar) klubları yer alıb. Ən az qazanan klub isə Yeni Zelandiya təmsilçisi "Oklend" olub - 4,6 milyon dollar.
Qeyd edək ki, "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Qollarla Kol Palmer (22-30) və Joao Pedro (43) imza atıb. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər