Xəbər lenti

F-16-lar artıq Ukraynada istifadə edildi -
İdman 09:25 01.08.2024

F-16-lar artıq Ukraynada istifadə edildi - "The Telegraph"

Ukrayna F-16 qırıcılarının kiçik partiyasını alıb. Onlar artıq hava hücumundan müdafiədə istifadə olunub.

Bu barədə Qaynarinfo "The Telegraph”a istinadən xəbər verir.

Nəşrin Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən yazdığı kimi, Ukrayna çoxdan gözlənilən qırıcıların gəlişindən sonra F-16 ilə ilk döyüş tapşırıqlarını yerinə yetirib.

Hərbi təyyarələr indiyədək yalnız "havadan müdafiə” kimi istifadə olunub.

Qeyd edək ki, "Bloomberg”in məlumatına görə, Kiyevə kiçik, lakin dəqiqləşdirilməmiş sayda F-16-lar çatdırılıb. Və bundan sonra sosial şəbəkələrdə Ukrayna səmasında F-16-nın göründüyü iddia edilən foto yayılmağa başlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->