"Eurovision" mahnı müsabiqəsi bütün hallarda siyasi ouyundur. Kənardan baxanda həmin oyunları görürsən. Avropa ilə münasibətlərimiz gərgindir. Bu səbəbdən də müsabiqədə Azərbaycan təmsilçilərini sıxdılar".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsində təmsil edən "Mamagama" qrupunun finala çıxa bilməməsinin səbəblərindən danışarkən deyib.
Müğənni "Eurovision" Mahnı Müsabiqəsində siyasi oyunların getdiyini vurğulayıb:
"Ukrayna və Estoniyanın istəkləri ilə bağlı əvvəlcədən müsabiqədə hazırlıqlar getmişdi. Onlar mütləq finala düşməli idi. Azərbaycanı sıxdılar, buna görə finala çıxa bilmədi. Bundan üzülmək lazım deyil, həmişə çıxmaq olmaz ki".
Mübariz Tağıyev "Mamagama" qrupunin ifa etdiyi "Run with you" mahnısı haqqında da fikir bildirib:
"Mahnıları pis deyildi, amma bu il müsabiqədə daha yaxşı şoular oldu. Əvvəlki illərə nisbətən mahnılar və perfomanslar, diqqət çəkən nömrələr var idi. Məncə, bizimkilər bir az yaxşı hazırlaşsaydılar, bəlkə də finala keçə bilərdilər. Olan olub, əsas odur ki, çıxış elədilər. Yəqin qarşıdakı illərdə daha yaxşı çıxış edərlər".
Qeyd edək ki, bu il Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsində "Mamagama" qrupu "Run with you” mahnısı ilə təmsil edib. Qrup yarışmanın finalına vəsiqə qazana bilməyib. İkinci yarımfinal mayın 15-də, final isə 17-də keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər