"Bilsəydim ki, mənə bahalı üzük hədiyyə olunacaq, verilişə getməzdim”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva efirdə ona bağışlanan bahalı üzükdən danışarkən deyib.
Xanəndə etiraf edib ki, bu, onun həyatında ilk dəfədir efirdə hədiyyə almasıdır:
"Üzüyü mənə fanatım hədiyyə edib, Polşada yaşayır. Deyir ki, sizin sənətinizi sevirəm. Bu, onun Azərbaycan milli musiqisinə verdiyi dəyərdir. Ölkəmizdən kənarda milli musiqinin çox sayda heyranı var. Ömrümdə ilk dəfə idi ki, mənə efirdə hədiyyə olunurdu. Düzü, belə jestləri sevmirəm. İnanın ki, bundan xəbərim də olmayıb. Üzüyü verilişdə barmağıma taxdılar, verilişdən çıxan kimi çıxardım”.
"Üzüyün bahalı olduğu deyilir, qiymətini bilirsinizmi” sualına xanəndə belə cavab verib:
"Yox, bilmirəm. Mənim üçün hədiyyə onun qiyməti ilə ölçülmür. Bu, həmin insanın mənim sənətimə olan sevgisidir”.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevaya verilişlərin birində bahalı üzük hədiyyə olunub.
Bahar Rüstəmli
Şərhlər