Dünyanın ən ucuz pivəsini Vyetnamda almaq olar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Mirror" "TikTok" istifadəçisinə istinad
yazıb.
O, Britaniyadakı içkinin qiymətinə istinad edərək Vyetnamda "birinin qiymətinə 17 bokal pivə" ala biləcəyini iddia edir.
"Böyük Britaniyada bir bokalın orta qiyməti 5 funt-sterlinqdən yuxarı olduğu üçün, daha ucuz içki axtaranlar Vyetnama üz tuta bilər. Burda dünyanın ən ucuz pivəsini tapa bilərsiniz", deyə "TikTok" istifadəçisi bildirib.
İstifadəçi qeyd edib ki, pivə ölkənin hər yerində satılır, dadı da olduqca gözəldir:
"Çox ucuzdur. Londonda bir pivəyə 7 funt ödəmək dəlilikdir. Burada 40 sentə başa gəlir. Sadəcə pivə içmə üçün bura gəlməyə dəyər".
Vyetnamda pivə niyə bu qədər ucuzdur?
Vyetnamda istehlak edilən bir çox pivə yerli istehsaldır ki, bu da idxal vergilərini və nəqliyyat xərclərini azaldır. Yerli inqrediyentlər və işçi qüvvəsi də daha ucuz olur ki, bu da istehsal xərclərini azaltmağa kömək edir.
"Bununla yanaşı, Vyetnamda ənənəvi olaraq bir çox digər ölkələrlə müqayisədə alkoqol üçün daha aşağı vergilər var və bu, pivəni daha əlverişli edə bilər. Bununla belə, Vyetnam hökumətinin sağlamlıq problemlərini həll etmək üçün spirtə aksiz vergilərinin artırılmasını nəzərdən keçirdiyini qeyd etmək lazımdır", deyə nəşr yazıb.
Aydın
Şərhlər