İsrail Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını müzakirə dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - nazir qeyd edib.
Şərhlər