Dayanıqlı və Operativ Sosial Təminat (DOST)Agentliyi fərdi sahibkar Fərid Rüfət oğlu Fərhadzadə ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, sahibkar DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.
Qurum 3.693 kvadratmetrlik ofis sahəsi üçün Fərid Fərhadzadəyə 4 874 760 manat ödəyəcək.
Şərtlərdə icarə müddəti haqqında heç bir məlumat yoxdur.
Şərhlər