"Mənə elə gəlir ki, səhiyyə naziri Teymur Musayev təyinat məsələsində yumşaq davranır. Nə olur-olsun, təyinat alan həkim təyinat yerinə getməlidir. Əks təqdirdə onlara diplom verilməli deyil".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.
Deputat qeyd edib ki, Tibb Universitetində yaxşı dərs keçirilir:
"Çünki bizim həkimləri Şərqi, Qərbi Avropa, Türkiyə və başqaları məmnuniyyətlə qəbul edir. Demək ki, hazırlıqlıdırlar. Ay oğul, məni qoyub hara gedirsən? Mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğ olunsun, birbaşa rəsmi şəkildə deyilsin ki, vətən sənə halallıq vermir. Bundan başqa, 1980-ci ildə İmişlinin Aranalı kəndində xəstəxana tikilib, 45 ildir ki, ağzıgünə qalıb. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Teymur müəllim, bu məsələ ilə maraqlanın".
Qafqaz Rafiqoğlu
Şərhlər