"İmişli şəhərindəki 1 saylı orta məktəbdə çox böyük sıxlıq var. Mən nazirlə 2 dəfə danışmışam".
Qaynarinfo xəbətr verir ki, bu sözləri Milli məclisin iclasında büdcə müzakirəsi zamanı deputat Səyyad Aran deyib.
Deputat bildirib ki nazir ona statistika söyləyib:
"Mən qəbul elədim. Bəli azalma gedir. Amma 1 nömrəli məktəbdə azalma hiss olunmur. Bu mktəb əhalinin çox sıx məskunlaşdığı yerdə yerləşir. 1500-də çox şagird oxuyur. Məktəbdə 28 otaq var, 56 sinif var. Saat 8-dən 18-ə qədər sıxlıq halında 2 növbədə dərs gedir. Mən təklif etmişdim ki, modul məktəblər salınsın. İbtidai sinfləri əsas binadan çıxaraq. Həm seyrəklik olsun, həm də uşaqlar böyüklərin ayağı altında qalmasın".
Deputat qeyd edib ki, məktəbin akt zalı yararsız parta,stol, stullarla doludur:
"Məktəbin rəhbəri, yumşaq desək ehtiyatlandığından, əslində qorxusundan onu silə bilmir. İstəyir ki, Elm və Təhsil Nazirliyindən səlahiyyətli bir adam gəlsin. O əşyaların silinməsi ilə akt zalını xilas eləsin".
Sonra isə hörmətli Emin müəllim, ora mebel göndərin. Səhnə ilə bağlı da mebel göndərin. Əgər məktəbin akt zalı yoxdursa, biz hansı ideoloji təbliğatdan, hansı vətənpərvərlikdən danışa bilərik. Bu məktəbə yardım edin", deyə deputat zalda əyləşən nazirə müraciət edib.
Qafqaz Rafiqoğlu
Şərhlər