Xəbər lenti

DÇ-2026: Azərbaycan millisi İslandiyada meydana çıxır
İdman 09:21 05.09.2025

DÇ-2026: Azərbaycan millisi İslandiyada meydana çıxır

Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, komanda D qrupunun matçında İslandiya ilə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Qarşılaşmanı Niderlandan olan FIFA referisi Sander van der Eyk idarə edəcək.

DÇ-2026
Seçmə mərhələ
D qrupu, I tur

5 sentyabr
22.45. İslandiya - Azərbaycan
Baş hakim: Sander van der Eyk (Niderland).
Reykyavik, "Lauqardalsvöllur" stadionu.

Qeyd edək ki, Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün, Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->