Xocalı rayonunun Aşağı Yemişcan kəndində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş ərazidə yerləşən daş karxanasına və adsız küçələrdəki fərdi yaşayış evlərindən dəmir, mis, buğda, arpa və alüminium oğurlanıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ümumilikdə 3 395 manat dəyərində maddi ziyan vurulub. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Mübariz adlı şəxs qardaşı oğlu ilə birlikdə törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Cinayət işinə Xocalı Rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baxılıb. Hər iki şəxs məhkəmədə verilmiş ittiham üzrə özlərini təqsirli bilib.
Məhkəmənin hökmü ilə Mübarizə 3 il, qardaşı oğluna isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər