UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq "Benfika” (Portuqaliya) – "Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayib.
Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.
Qeyd edək ki, "Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək.
Şərhlər