Xəbər lenti

OBA marketlər şəbəkəsi
Ekonomiks 16:10 05.09.2025

OBA marketlər şəbəkəsi "Vəfa Zirvəsi" nişanının təqdimat mərasimini həyata keçirib (FOTO)

Uzun illər Veysəloğlu Şirkətlər Qrupunda çalışan, daha sonra fəaliyyətlərini "OBA” marketlər şəbəkəsində davam etdirən əməkdaşlara şirkətin təsis etdiyi  "Vəfa zirvəsi” nişanı təqdim olunub. Bu təşəbbüs şirkət daxilində əməkdaşların peşəkarlığını, şirkətə bağlılığını önə çıxarmaq, həmçinin onların fəaliyyəti üçün minnətdarlıq ifadə etmək məqsədi daşıyır.

Mərasimdə gümüş (15 il) və bürünc (10 il) dövrlərini tamamlayan əməkdaşlar "Vəfa Zirvəsi” nişanı ilə təltif olunaraq uzunmüddətli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Nişanlar Veysəloğlu Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən zərif dizaynla hazırlanıb. Bu nişanlar əməkdaşlara diplomlarla birlikdə təqdim edilib. Fərqlənən əməkdaşlara mükafatı "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova təqdim edib. 

Tədbirin sonunda mükafata layiq görülən əməkdaşlarla xatirə fotoları çəkilib və onların xidmətlərinə verilən dəyər bir daha vurğulanıb.

Şirkət rəhbərliyi üçün hər bir əməkdaşın fədakar əməyinin dəyəri böyükdür və belə təşəkkür tədbirləri onların iş motivasiyasını artırmaq, şirkət daxilində əməkdaşlıq ruhunu gücləndirmək və uzunmüddətli əmək münasibətlərini qoruyub saxlamaq üçün vacib rol oynayır.

Qeyd edək ki, "Vəfa zirvəsi” nişanı bundan sonra 10 il və daha çox işləyən əməkdaşların hər birinə təqdim olunacaq.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->