Xəbər lenti

“Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir” - Alfonso Dominqes
İdman 22:10 28.07.2024

“Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir” - Alfonso Dominqes

"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikiqat Olimpiya çempionu olan rəqibinə qalib gəldikdən sonra açıqlamasında deyib.

"Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”, - boksçumuz bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->