Premyer Liqa təmsilçisi "Neftçi” sosial şəbəklə hesabında paylaşım edib.
Qaynarinfo xəbər verir ki, paylaşımda saat təsviri və "Gəlir” sözü yer alıb.
Saatın əqrəblərinin rəngi isə Kamerun bayrağının rəngləridir. Bu isə onu göstərir ki, Bakı klubu uzun müddətdir danışıqlar apardığı Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.
Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində Kamerunun "Coton Sport", Fransanın "Valensiyen", "Loryan", Portuqaliyanın "Portu", Türkiyənin "Beşiktaş", "Hatayspor" və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klublarında çıxış edib. 2010-cu ildən çağırıldığı Kamerun millisində 115 oyun keçirib və 45 qol vurub. O, Türkiyə çempionluğunu (2), kubokunu (2) və Super Kubokunu, həmçinin Portuqaliya çempionluğunu və kubokunu (2) və Super Kubokunu qazanıb, 2017-ci ildə Kamerunla Afrika Millətlər Kubokunun qalibi olub.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, futbolçu bu gün Bakıya gələcək. Böyük ehtimalla məşhur futbolçu ilə sabah müqavilə imzalanacaq.
Şərhlər