Çin klubuna keçəcəyi deyilən Bəhlul Mustafazadə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi mətbuatda yayılan xəbərləri təkzib edib.
Bəhlul bildirib ki, Çin klubundan rəsmi təklif almayıb: "Rəsmi təklif yoxdur. Ona görə də bu barədə nəsə danışmaq düzgün deyil".
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Bəhlul Mustafazadənin Çin klubundan təklif aldığı və komandadan ayrılmağa hazırlaşdığı bildirilirdi. İddiaya görə, müdafiəçi asiyalılarla anlaşıb və keçid üçün klubun razılığı qalıb.
Baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında Bəhlula Çin klublarından təklif olunması ilə bağlı iddiaları təsdiqləyib.
Şərhlər