Avropada (43 ölkə üzrə) 2025-ci ilin yanvar ayında ən çox satılan avtomobil Dacia Sandero olub – bu modelin satışı 21 731 ədədə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Focus2Move portalı məlumat
yayıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə bu avtomobilə tələbat 14,6% azalıb. İkinci yerdə satışları 12,7% artan Dacia Duster qərarlaşıb.
Üçüncü pillədə Volkswagen Golf yer alıb – o, Almaniyanın ən populyar avtomobili hesab olunur. İlk onluğu isə Opel Corsa tamamlayıb.
Yanvarda Avropanın ən populyar 10 avtomobili:
Dacia Sandero – 21 731 ədəd (-14,6%)
Dacia Duster – 19 015 (+12,7%)
Volkswagen Golf – 18 822 (-5,3%)
Volkswagen T-Roc – 18 248 (+9,5%)
Renault Clio – 16 995 (0%)
Volkswagen Tiguan – 16 831 (+20,8%)
Citroen C3 – 15 796 (-5,7%)
Skoda Octavia – 15 081 (-9%)
Toyota Corolla – 15 077 (-11,8%)
Opel Corsa – 14 742 (-4,2%)
Bundan əlavə, iSeeCars ekspertləri öz qiymətinə görə ən etibarlı 15 yeni avtomobili müəyyən ediblər. Siyahıya gözlənildiyi kimi Honda Civic, Toyota Corolla, Mazda3 və Subaru Impreza kimi məşhur Yapon modelləri daxil olub.
Digər tərəfdən, What Car? ekspertləri ən etibarsız üç elektrik avtomobilini açıqlayıblar. Onlar MG4 EV, Vauxhall/Opel Corsa Electric və Porsche Taycan modellərinin alınmasını məsləhət görmürlər, çünki bu avtomobillərdə çoxlu texniki problemlər aşkarlanıb.
Alpər
Şərhlər