Xəbər lenti

Ölkə 17:56 19.03.2025

"Qəbələ" restoranının müdirinin 15 min manatlıq qızılı oğrulandı

Nəsimi rayonu Cavadxan küçəsində fəaliyyət göstərən "Qəbələ" restoranında oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, restoranın müdirinin qızıl-ziynət əşyaları oğurlanıb və ona 15 200 manat məbləğində ziyan vurulub. 

Ötən il baş verən cinayətin üstü qısa müddət ərzində açılıb. Məlum olub ki, hadisəni törədən restoran müdirinin əvvəlcədən tanıdığı şəxsdir. 

Restoranın müdiri ifadəsində bildirib ki, həmin şəxs onun qızıllarını otağındakı seyfin üzərinə qoymasından xəbəri olub. O, otaqdan çıxandan sonra qızıllar oğurlanıb. Restoranın müdiri tanışından qızılları qaytarmağı tələb etsə də, o törətdiyi əməli boynuna almayıb. Restoranın müdiri Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. Polisin araşdırmaları nəticəsində oğurluğu törədənin kimliyi məlum olub.

Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunub. Cinayət işinin məhkəmə istintaqı Nəsimi Rayon Məhkəməsində aparılıb. Hadisəni törədən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib. Şikayətdə cəzanın yüngülləşdirilməsi xahiş edilib. Apellyasiya şikayəti dəymiş zərərin ödənilməsi və tərəflərin barışması ilə əsaslandırılıb. Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ildən 1 il 6 aya endirib.  

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->