Xəbər lenti

ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı!
Ölkə 20:20 19.03.2025

ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı!

Mədəniyyət paytaxtımız olan Şuşada Novruz tədbirlərinə start verilib. "Şuşa baharı” Novruz tədbirləri 26 mart tarixinə qədər davam edəcək. ABB tədbirin baş bank sponsorudur.

Tədbirlər çərçivəsində Şuşanın "Güllü bağ” deyilən ərazisində əl işlərinin, qida məsullarının satışa çıxarıldığı yarmarka təşkil ediləcək, musiqili çıxışlar olacaq. Şəhərin mərkəzi meydanında konsert keçiriləcək. Bundan başqa, Şuşanın "Tut bağı” adlanan məkanında milli geyimlər, kəlağayılar nümayiş etdiriləcək, Qarabağ şirniyyatları satılacaq. 1 saylı Şuşa tam orta məktəbində teatr tamaşasının nümayişi də nəzərdə tutulub.

Belə tədbirlərin təşkilində məqsəd zəngin tarixi-mənəvi irsə, təbii resurslara malik Şuşanın turizm imkanlarından istifadə, şəhərə turist axınının dəstəklənməsidir. ABB bu cür layihələrdə fəal iştirak etməklə Qarabağın dirçəlişinə öz töhfələrini verir.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əld

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->