Bazarlarda meyvə və tərəvəz məhsullarının qiyməti bayramdan sonra enəcək.
Bu barədə Qaynarinfo-ya iqtisadçı ekspert Xalid Kərimli son iki gündə bazarlarda müşahidə olunan qiymət artımının səbəblərini izah edərkən deyib.
Onun sözlərinə görə, bayramdan sonra market şəbəkələrində və ərzaq mağazalarında məhsulların qiymətlərinin enməsi gözlənilmir:
"Çünki bu digər ölkələrdə olduğu kimi infliyasiya, daşıma xərcləri, kommunal xərclərin artması ilə əlaqədardır. Ərzaq məhsullarının, meyvə-tərəvəzlərinin qiymətinin qalxmasının bayrama aidiyyatı yoxdur. Bayramla əlaqədar olaraq müəyyən artımlar var. Yanvar-fevral aylarında ərzaq məhsullarının qiyməti sürətlə artıb. Xüsusən də meyvə və tərəvəzin qiyməti 4%-in üstündə bahalaşıb".
Ekspert Novruz bayramı ilə əlaqədar quru meyvələr və istirahət mərkəzlərinin, iaşə xidmətlərində qiymətlərin qalxdığını diqqətə çatdırıb:
"Bu da sırf bayramla deyil, elan olunan uzun tətillə əlaqədardır. Sahibkarlar uzun müddətdir ki, bu bayramı gözləyirlər. Bu xidmətlərdə qiymət artımı olacaq, amma aprel ayının 1-dən sonra bu qiymətlərdə də enmə müşahidə olunacaq".
Bahar Rüstəmli
Şərhlər