"Bank BTB" kredit borcuna görə vətəndaşı məhkəməyə verib.
Qaynarinfo.az xəbər verir ki, iddiaya Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılıb.
Hakim Qabil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bankın kredit borcunun ödənilməsinə dair iddiası təmin edilib. Borcun məbləği 671 manat olub.
"Bank BTB" Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin nəzarətində olan bank kimi tanınır.
Seyid
Şərhlər