İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 16 yaşlı Lamin Yamalın 2024-cü il Avropa çempionatındakı çıxışını şərh edib.
"Lamin böyük ola biləcəyinə işarə edən işlər görür, amma biz soyuq başla düşünməliyik. Biz ona kömək etməliyik və onu ən yaxşı şəkildə inkişaf etdirməliyik. Qədim Romada Sezar haqqında deyirdilər: "Onun ölümlü bir insan olduğunu unutmayın". Komandaya inanmalıyam. Onlar həmişə ümumi mənafe üçün çalışırlar. Bu futbolçuları çalışdırmaqdan qürur duyuram. 26 dahini meydana çıxarmaq fürsətinə görə minnətdaram. Şanslıyıq ki, böyük potensiala və gələcəyə malik çox gənc komandamız var", UEFA-nın saytı de la Fuentedən sitat gətirib.
Xatırladaq ki, ispaniyalı Yamal yarımfinalda Fransa ilə qarşılaşmada (2:1) Avropa və Dünya çempionatlarının yarımfinalında meydana çıxan ən gənc oyunçu olub. O, hazırda turnirin tarixində qol vuran ən gənc oyunçudur. Rəqiblərinə qol vurduğu zaman Lamin 16 yaş 363 günlük idi.
Qeyd edək ki, finalda İspaniya yığması Niderland - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. İyulun 10-da qarşılaşma saat 23:00-da başlayacaq.
Alpər
Şərhlər