Bakıda masaj salonunu birgə işlədən iki qadın arasında dava baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, insident Nəsimi rayonunda yerləşən masaj salonlarından birində qeydə alınlb. Hadisənin iştirakçıları Günəş və Gülnarə adlı qadınlar olub.
Məlumata əsasən, Səbinə və Gülnarə adlı qadınlar həmin ünvandakı obyekti icarəyə götürərək masaj salonu kimi fəaliyyətə başlayıblar. Lakin Səbinə xarici ölkə vətəndaşı olduğuna görə sonradan ölkədən deportasiya edilib. Bu hadisədən sonra salonda inzibatçı vəzifəsində çalışan, 1978-ci il təvəllüdlü Günəş adlı qadın obyektə 15 min manat sərmayə yatırdığını əsas gətirərək, şərik olduğunu iddia edib.
Hadisə baş verən gün Günəş kassadan 250 manat götürdüyünə görə Gülnarə ona irad bildirib. Bu zaman Günəş onun saçından tutaraq başına zərbələr endirib. Ardınca dəmir dabankeşlə Gülnarənin baş və bədən nahiyələrinə xəsarətlər yetirib.
Daha sonra Günəş Gülnarəni saçından dartaraq salonun ümumi zalına çıxarıb, onu divana oturdaraq döyməyə davam edib. Salonda çalışan masajçılar hadisəyə müdaxilə edərək Günəşi çölə çıxarıblar. Lakin o, salonun qapısının şüşəsini sındıraraq içəri daxil olub və Gülnarəyə qarşı nalayiq ifadələr səsləndirib.
Günəş saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarına əsasən, o, törətdiyi əmələ görə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Aydın
Şərhlər