Xəbər lenti

Azərbaycan bu ölkəyə investisiyalarını 7 dəfədən çox artırıb
Ekonomiks 15:32 29.03.2025

Azərbaycan bu ölkəyə investisiyalarını 7 dəfədən çox artırıb

2024-cü ildə Azərbaycan tərəfindən Danimarka iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində ciddi artım müşahidə olunub.

Valyuta.Az xəbər verir ki, 2024-cü ildə Azərbaycan tərəfindən Danimarka iqtisadiyyatına 28 milyon 376 min ABŞ dolları həcmində sərmayə yatırılıb. Belə ki, bu, 2023-cü ildə yatırılan investisiyadan təxminən 7.3 dəfə daha çoxdu. 

Qeyd edək ki, 2023-cü ildə bu göstərici cəmi 3 milyon 870 min dollar təşkil edib.

Ümumilikdə isə Azərbaycan 2024-cü ilin ilk dövründə müxtəlif ölkələrin iqtisadiyyatına 1 milyard 762 milyon 690 min dollar həcmində investisiya yatırıb. Ən böyük investisiyalar Birləşmiş Ərəb Əmirlikləri (457,5 milyon dollar), Türkiyə (248,9 milyon dollar) və Gürcüstana (165,9 milyon dollar) yönəlib.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% daha çoxdu.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1 milyard 762 milyon 690 min ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 43,3% azdır. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->