Xəbər lenti

Agentlik mərhum nazirə məxsus şirkətdən 45 min manatlıq SMS alır
Ekonomiks 13:30 02.10.2025

Agentlik mərhum nazirə məxsus şirkətdən 45 min manatlıq SMS alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "ATA Texnologiya" MMC-də toplu SMS xidməti alacaq. 

Qaynarinfo-nun məlumatına görə, agentlik bununla bağlı kotirovka sorğusuna yekun vurub. Sorğunun qalibi seçilən "ATA Texnologiya" MMC-yə toplu SMS xidmətinə görə 45 498,44 manat ödəniləcək. 

"ATA Texnologiya" MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

"ATA Texnologiya" MMC-nin təsisçisi "ATA Holdinq"dir. Bu barədə şirkətin rəsmi internet səhifəsində də qeyd var. "ATA Holdinq" Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədovun şirkəti kimi tanınır. 

Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.

Fazil Məmmədov dünyasını dəyişdikdən sonra onun biznes imperiyasında axsamalar başladığı barədə məlumatlar yayılmışdı. Bu məlumatlarda "ATA Holdinq"in də əvvəlki gücü ilə fəaliyyətdə olmadığı iddia edilirdi. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->