Xəbər lenti

Avropa ölkəsi müdafiə xərclərini 24 milyard avroya çatdıracaq
Dünya 18:32 05.09.2024

Avropa ölkəsi müdafiə xərclərini 24 milyard avroya çatdıracaq

Niderland müdafiə xərclərini 10%-dən çox artıraraq, demək olar ki, 24 milyard avroya çatdıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ölkə hökuməti müdafiə üçün əlavə 2,4 milyard avro ayıracaq.

"Bu vəsait silahlı qüvvələri gücləndirmək üçün nəzərdə tutulacaq, buna görə də biz döyüş gücünə ildə təxminən 1,5 milyard avro sərmayə qoyacağıq", deyə ölkənin müdafiə naziri Ruben Brekelmans bildirib.

Beləliklə, hərbi xərclərin artması Niderlandın ÜDM-in iki faizindən çoxunu müdafiəyə xərcləməsi ilə nəticələnəcək.

Avqustun 30-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa İttifaqı ölkələrinin müdafiə xərclərini 200-dən 300 milyard avroya qədər artırdıqlarını açıqlayıb.

AK rəhbəri qeyd edib ki, Aİ-nin müdafiə sənayesi də yeni reallığa doğru addım atıb. Onun sözlərinə görə, avropalılar mövcud təhlükəsizlik təhdidlərinə ciddi yanaşırlar.

İyul ayında Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Birləşmiş Ştatlar müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq üçün NATO üzvlərindən etibarlı planlar axtarır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->