Hələ Krımın ilhaqından əvvəl alman hərbi təlimatçıları ruslara müasir döyüş üsullarını öyrədiblər və silah şirkəti "Rheinmetall" Moskva ilə çoxmilyonluq sövdələşməyə imzalaya bilərdi.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti yazıb.
Altmarkda sovet qoşunları çıxarıldıqdan sonra Bundesver tərəfindən yaradılmış döyüş hazırlığı mərkəzi Rusiya hərbi təlimləri üçün nümunə rolunu oynayıv. Xüsusi tikilmiş mini-şəhərlər, lazer təlimçiləri və Duel Simulator sistemi canlı döyüş sursatlarından istifadə etmədən real döyüşləri simulyasiya etməyə imkan verib.
Putinin təşəbbüsü ilə 2011-ci ildə Rusiyada, xüsusən Mulinoda müasir döyüş hazırlığı mərkəzləri şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdu. "Rheinmetall" bir milyard avroya qədər avadanlıq və texnologiyalar təqdim etməli idi. Almaniya hökuməti bəzi rəsmilərin şübhələrinə baxmayaraq, hər iki ölkənin orduları arasında etimadı gücləndirmək ümidi ilə layihəni dəstəkləyib.
Əməkdaşlıq 2014-cü ilə qədər davam edib. Krımın ilhaqından sonra Almaniya hakimiyyəti bütün tədarükləri dayandırdı və ixrac lisenziyalarını ləğv edib. Rheinmetall müqavilənin bağlanması zamanı siyasi təzyiqi vurğulayaraq ondan uzaqlaşıb.
Aydın
Şərhlər