Xəbər lenti

Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)
Siyasət 18:56 01.10.2025

Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə yollanıb.

Qaynarinfo xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
--> -->