Xəbər lenti

98 yaşlı Ömər Eldarov ad günündə belə rəqs etdi (VİDEO)
Video 11:26 25.12.2025

98 yaşlı Ömər Eldarov ad günündə belə rəqs etdi (VİDEO)

Bir neçə gün öncə dahi heykəltəraş, akademik Ömər Eldarovun 98 yaşı tamam olub.

Qaynarinfo xəbər verir ki, 1news.az Xalq rəssamının doğum günü məclisindən çəkilmiş görüntülərini yayıb.

Görüntülərdə görkəmli şəxsiyyətin gümrah olması, doğum gününü xoş əhvalla qeyd etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, Ömər Eldarov 1927-ci ilin dekabrın 21-i Dərbənddə anadan olub. O, "Heydər Əliyev” ordeni laureatı (2017) və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür (2024).

--> -->