Xəbər lenti

Komitə sədri: Ali təhsildə qadınlar üstünlük təşkil edir
Ölkə 12:05 26.05.2026

Komitə sədri: Ali təhsildə qadınlar üstünlük təşkil edir

Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur.

Qaynarinfo xəbər verir ki bu sözləri Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat verərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitəsinin sədri bildirib ki, hazırda Azərbaycanda ali təhsildə qadınların üstünlük təşkil edir:

"Magistratura səviyyəsində balanslaşma var. Peşə təhsilində tədrici diversifikasiya olunur. Dövlət komitəsinin 2020 ci ildə başlatdığı "Qızların Təhsilinə Dəstək" layihəsi 9 istiqamət üzrə proqramları və  tələbə qızların artan sayı  ilə bu nəcib mussiyanın daha da genişləndiyinin əsas əlamətidir. Bu proses göstərir ki, Azərbaycanda artıq təhsil və iqtisadiyyat arasında struktur məzmunlu  uyğunlaşma güclənməkdədir".

Vüqar

--> -->