Macarıstanda təxminən min illik tarixi olan Pannonhalma monastır kitabxanası "çörək böcəyi” kimi tanınan zərərvericilər tərəfindən istila olunub.
Qaynarinfo xəbər verir ki, UNESCO-nun Dünya İrsi Siyahısında yer alan bu kitabxanada təxminən 100 min əlyazma kitab xüsusi xilasetmə prosesinə cəlb edilib.
Kitabxananın direktoru İlona Aşvanyi bildirib ki, kolleksiyaya dəyə biləcək hər hansı zərər, mədəni, tarixi və dini irsə böyük zərbə ola bilər.
Zərərvericiləri məhv etmək məqsədilə içində kitabların olduğu sandıqlar oksigensiz plastik torbalara yerləşdirilir. Kitablar altı həftə boyunca saf azot mühitində saxlanılacaq. Bu prosesin sonunda kitabların içindəki böcəklərin məhv olacağı gözlənilir.
Aydın
Şərhlər