Xəbər lenti

Yüksək ali hərbi və xüsusi rütbə verilən FHN əməkdaşları kimdir?
Ölkə 15:00 15.12.2025

Yüksək ali hərbi və xüsusi rütbə verilən FHN əməkdaşları kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, general-mayor Adil Ələsgər oğlu Abdullayevə general-leytenant ali hərbi rütbəsi verilib. O, ötən ilin fevral ayında fövqəladə hallar nazirin müavini təyin edilib. 

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. FHN-dən öncə isə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
 


General-mayor ali hərbi rütbəsi alan polkovnik Fərhad Nəriman oğlu Səmədov FHN-nin Baş hərbi ekspertidir. O, daha əvvəl FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb. 



General-mayor ali hərbi rütbəsi alan polkovnik Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir. O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır. Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.



Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi alan daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, ötən ilin yanvar ayından bu vəzifəyə təyin olunub. 



Vaqif İbrahimov ötən ilin avqust ayında vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun oğludur. General rütbəsi alan Vaqif İbrahimov son vəzifəsinə qədər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini olub. O, həmçinin Dövlət Gömrük Komitəsində də yüksək vəzifələr tutub.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->