Xəbər lenti

Ata Abdullayev azadlığa buraxıldı
Ölkə 16:13 13.02.2026

Ata Abdullayev azadlığa buraxıldı

Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Xəzər rayon Məhkəməsi qərar verib. Məhkəmənin qərarına əsasən, vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Ata Abdullayevin azadlığa buraxılması ilə bağlı ilkin xəbəri bakues.az saytı yayıb.
--> -->