Xəbər lenti

Frekansınızı yüksəltmək üçün 14 asan üsul: Olumlamalar, niyyətlər və xəyal lövhəsi
Sağlamlıq 23:35 13.02.2026

Frekansınızı yüksəltmək üçün 14 asan üsul: Olumlamalar, niyyətlər və xəyal lövhəsi

Hər şeyin enerjidən ibarət olduğu bir kainatda, doğru frekansları seçmək həyatımıza birbaşa təsir göstərir. Rezonans qanununa görə, eyni və ya yaxın titrəyişlər bir-birini cəlb edir və yüksək titrəyişlərə sahib olmaqla daha pozitiv bir həyat mümkün olur.
 
Qaynarinfo xəbər verir ki, öz enerjinizi yüksəltmək və istədiklərinizi cəlb etmək istəyirsinizsə, bu 14 üsul sizə kömək edə bilər:

Düşüncələrinizin fərqində olun

Hiss etdiyiniz və düşündüyünüz hər şey zamanla reallığa çevrilir. Gün ərzində özünüzə qısa fərqindəlik fasilələri verin, mənfi düşüncələri gördükdə isə özünüzü günahlandırmayın, sadəcə mövcudluğunu qəbul edin.

Xəyallar qurun və pozitiv şeylər düşünün

Hər gün 10-15 dəqiqə gözünüzdə istədiyiniz pozitiv hadisələri canlandırın. Bu, beyninizin onları gerçəkmiş kimi qəbul etməsinə və ruh halınızı yüksəltməsinə kömək edir.

Gözəl bir şeyə baxın

Təbiətdə və ya evdə xoşunuza gələn bir obyektə baxmaq, diqqəti cəmləmək və rahatlamaq üçün köhnə sivilizasiyalardan qalma bir üsuldur.

Günü pozitiv niyyətlərlə bitirin

Yatmazdan əvvəl ertəsi gün üçün yaxşı niyyətlər edin. Bu, olumsuz hadisələrə baxmayaraq ruh halınızı qorumağa kömək edir.

Olumlamalar edin

"Güvəndəyəm”, "sağlamam”, "xoşbəxtəm” kimi cümlələri təkrar etmək, şüuraltındakı inancları dəyişmək və enerji titrəyişinizi yüksəltmək üçün faydalıdır.

Şükr edin

Hər gün şükür siyahısı yaradın. Ən sadə imkanları belə qiymətləndirmək, pozitiv enerji yaymaq və diqqəti müsbətə yönəltmək üçün təsirlidir.

Sevgi göndərin

Aqresiya dolu və ya anlaşılmazlıq olan münasibətlərdə özünüzdəki sevgi enerjisini istifadə edin. Bu, sizi mənfi duyğulardan və "bağlanmışlıq” hissindən azad edir.
 
Gülün

Gülüş endorfinləri yüksəldir. Ən çox güldüyünüz anları xatırlayın, komediya filmləri izləyin və pozitiv ruh halını artırın.

Yüksək səslə mahnı oxuyun

Sevdiyiniz musiqini yüksək səslə oxumaq Vagus sinirinə təsir edir və bədəninizin rahatlamasına kömək edir. Musiqi enerjinizi balanslaşdırmaq üçün əvəzsiz vasitədir.

Salam verin

Göz-gözə təmas və salamlaşma qısa müddətdə müsbət duyğular yaradır, beynin balansını təmin edir və yalnız olmadığımızı xatırladır.

Motivasiya verən kitablar oxuyun

Motivasiya verən kitablar şəxsi inkişaf üçün faydalıdır. Onları baş ucunuzda saxlayın və sizə yaxşı təsir edən hissələrini təkrar oxuyun.

Təbiətdə vaxt keçirin

Elektron cihazlar və beton binalardan uzaq olaraq, yer üzünün titrəyişlərinə qoşulmaq enerjinizi təmizləyir, zehninizi sakitləşdirir və təbiətlə əlaqəni gücləndirir.

Evinizi Feng Shui ilə düzənləyin

Dağınıq məkanlarda yığılan neqativ enerji ruh halınıza təsir edir. Məkanın enerjisini yenilik və yaxşı həyat enerjisi ilə uyğunlaşdırın.

Qidalanmanıza diqqət edin

Kafein olan içki və qidalardan ölçülü istifadə edin, balanslı qidalanın və bol su için. Təzə göyərtilər, tərəvəz və meyvələr enerjinizi artırmaq və sağlam qalmaq üçün önəmlidir.

Günay
--> -->