Rəqəmsal dövrdə məlumatlarla işləmək bacarığı demək olar ki, hər sahədə əsas tələblərdən birinə çevrilib. Xüsusilə ofis proqramları arasında geniş istifadə olunan Microsoft Excel gündəlik iş prosesinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, Excel-də məhsuldarlığı artırmağın ən effektiv yollarından biri klaviatura qısayollarından istifadə etməkdir.
Siçanla (mouse) uzun menyular arasında vaxt itirmək əvəzinə, bir neçə düymə kombinasiyası ilə həm vaxt qazanmaq, həm də işi daha peşəkar səviyyədə yerinə yetirmək mümkündür.
Qaynarinfo Excel istifadəçiləri üçün ən vacib və praktik klaviatura qısayollarını təqdim edirik:
- Alt + D + S – Çeşidləmə (Sort) pəncərəsini açır
- Ctrl + E – Flash Fill (Nümunəyə görə avtomatik doldurma)
- Alt + A + E – Mətni sütunlara böl (Text to Columns)
- Alt + N + V – Pivot Cədvəl (PivotTable) yarat
- Alt + A + M – Təkrarlananları sil (Remove Duplicates)
- Ctrl + T – Cədvəl yarat
- Ctrl + Space – Bütün sütunu seç
- Shift + Space – Bütün sətri seç
- Ctrl + - (Minus) – Seçilmiş hissəni sil
- Ctrl + + (Plus) – Xanalar əlavə et
- Ctrl + Shift + L – Filtrləri aktiv/deaktiv et
- Alt + W + F – Panelləri dondur (Freeze Panes)
- Alt + W + S – Pəncərəni böl (Split)
- Ctrl + Page Up – Əvvəlki səhifəyə keç
- Ctrl + Page Down – Növbəti səhifəyə keç
- Alt + E + S + V – Yalnız dəyərləri yapışdır (Paste Values)
- Alt + H + O + I – Sütun enini avtomatik uyğunlaşdır
- Alt + H + O + A – Sətrin hündürlüyünü avtomatik uyğunlaşdır
- Ctrl + 1 – Xana formatı pəncərəsi
- F2 – Xananı redaktə et
- F4 – Son əməli təkrarla / Formul istinadını dəyiş
- F9 – Hesablamanı yenilə
- Shift + F3 – Funksiya əlavə et
- Ctrl + F3 – Ad təyin et (Define Name)
- Alt + F8 – Makro pəncərəsi
- Ctrl + Shift + : – Saat əlavə et
- Ctrl + ; – Tarix əlavə et
- Alt + = – Avtomatik cəmlə (AutoSum)
- Ctrl + Shift + $ – Valyuta formatı
- Ctrl + Shift + % – Faiz formatı
Qeyd edək ki, yeni versiyalarda çoxsütunlu çeşidləmə üçün də Alt + D + S kombinasiyasından istifadə etmək mümkündür (Data > Sort bölməsi).
Mütəxəssislər hesab edirlər ki, bu qısayolları mənimsəyən istifadəçilər gündəlik iş tempini əhəmiyyətli dərəcədə artıra və vaxt itkisini minimuma endirə bilərlər.
Günay
Şərhlər