Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.
Report-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər