Xəbər lenti

XİN başçısı: İsrail Azərbaycana investisiya yatırmaq istəyir
Ekonomiks 13:49 26.01.2026

XİN başçısı: İsrail Azərbaycana investisiya yatırmaq istəyir

"Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.

Qaynarinfo xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: "SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.

--> -->