Xəbər lenti

Bakıda iş tapmaq asan olan rayonlar (SİYAHI)
Ölkə 14:35 26.01.2026

Bakıda iş tapmaq asan olan rayonlar (SİYAHI)

Bakı şəhərində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində (ilk 9 ayda) yeni açılmış iş yerlərinin statistikası bəlli olub.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Bakıda ümumilikdə 58 930 yeni iş yeri yaradılıb.

Açılmış iş yerlərinin sayına görə rayonların siyahısı belədir:

Nərimanov rayonu 11081, Nəsimi rayonu 9709, Xətai rayonu 8626, Yasamal rayonu 7083, Binəqədi rayonu 6135, Səbail rayonu 5648, Nizami rayonu 3305, Sabunçu rayonu 3000, Suraxanı rayonu 1948, Xəzər rayonu 1535, Qaradağ rayonu 836, Pirallahı rayonu 24 iş yeri.

Təkcə III rüb (iyul-sentyabr ayları) ərzində Bakıda 22 434 yeni iş yeri açılıb ki, bu da ilin ilk yarısı ilə müqayisədə aktivliyin artdığını göstərir. 

Qeyd edək ki, 2024-cü ilin tam yekunlarına görə Bakıda cəmi 68 965 yeni iş yeri yaradılmışdı. Cari ilin 9 aylıq tempi bu göstəriciyə yaxınlaşmaqdadır.
--> -->