Xəbər lenti

İdman 13:25 26.01.2026

"Liverpul" - "Qarabağ" oyununu slovakiyalı hakim idarə edəcək

İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

Onun köməkçiləri həmyerliləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

--> -->