"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin".
Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib.
Aktyor həyata keçməyən arzularının olduğunu bildirib:
"Allah ömür versin, bir il də yaşayım, 70 illik yubileyimi keçirim. İnsan həmişə arzu ilə yaşayır. Biri həyata keçən kimi ikincisini arzulayır. Ömrüm vəfa etsə, ürəyimdə olan arzularımı yerinə yetirərəm".
Aktyor ad günü ilə əlaqədar saysız-hesabsız təbriklərin gəldiyini vurğulayıb:
"Məni bütün xalqım sevir. Zəng edib təbrik edirlər. Çox sağ olsunlar, bunlar məni yaşadır".
Bahar Rüstəmli
Şərhlər