Xəbər lenti

Ukrayna Aİ-dən 10 milyonadək qaçqını qaytarmaq istəyir -
Dünya 17:49 24.12.2024

Ukrayna Aİ-dən 10 milyonadək qaçqını qaytarmaq istəyir - "El Pais" əsas metodları açıqladı

Altı milyondan on milyonadək ukraynalı genişmiqyaslı müharibə başlayandan bəri ölkədən kənarda yaşayır. Onlar hələ də xaricdədirlər, lakin Ukrayna vətəndaşlarını "evə" qaytarmaq üçün bəzi metodlarla çıxış edir. Bunlara qaçqınlara yardımı dayandırmaq və səfərbərlik yaşında olan kişilər üçün konsulluq xidmətlərinə girişin məhdudlaşdırılması daxildir.  

Qaynarinfo xəbər verir ki, bu haqda "El Pais" məlumat yayıb.  

Vətəndaşların Ukraynaya qaytarılması məsələsini həll etmək üçün Milli Birlik Nazirliyi yaradılıb və əvvəllər qadağan olunmuş ikili vətəndaşlığın tanınması ilk oxunuşda qəbul edilib.

Razumkov Mərkəzinin sosioloqu Olqa Pişulina bildirir ki, insanların qayıtması müəyyən şərtlərin yerinə yetirilməsindən asılıdır ki, bunların bir hissəsi hazırda mümkün deyil. Bu, təhlükəsizlik məsələsinə aiddir, çünki müharibə davam edir, hava həyəcan siqnalları verilir və müəyyən risklər mövcuddur.  

"Amma sabit iqtisadi və sosial şərait də vacibdir. Xaricdə yaşayanlar, həmçinin keyfiyyətli təhsil və səhiyyə sistemi gözləyirlər", - deyə materialda qeyd olunur.  

Ukraynalı jurnalist Olena Babakova əlavə edir ki, geri qayıtmağın qarşısını alan digər bir maneə yaşayış kirayəsinin yüksək qiyməti və xaricdəki vətəndaşların özlərini Ukraynada müharibəni birbaşa yaşayanlara nisbətən "yad" hiss etmələridir.  

BMT Qaçqınlar üzrə Ali Komissarlığının noyabr ayında dərc etdiyi araşdırmada göstərilir ki, qaçqınların 61%-i yenidən qayıtmaq istəyir, amma yalnız vəziyyət yaxşılaşarsa.  

"Qayıtma səbəbləri arasında onların yaşadıqları yerdə ixtisaslarına uyğun iş tapmaq çətinliyi, mənsubiyyət hissinin olmaması, habelə Ukraynada yaşlı valideynlərinin və digər qohumlarının olması yer alır", - məqalədə bildirilir.  

Bununla yanaşı, qeyd olunur ki, Ukrayna hökumətinin "demoqrafik strategiyası" 1,3 milyondan 3,3 milyonadək insanın qayıtmayacağını nəzərdə tutur.  

Ukraynalı qaçqınlarla bağlı vəziyyət - Nə məlumdur? 

Əvvəllər UNIAN xəbər verib ki, Almaniyada yaşayan ukraynalıları 2025-ci ildə dəyişikliklər gözləyir. Xüsusilə kadr çatışmazlığı probleminin "kəskinliyi azaldığı" üçün prioritetlər dəyişə bilər. Ukraynalıların işə götürülməsi əvəzinə Almaniyada doğulmuş və ya çoxdan orada yaşayan ixtisaslı işçilərə üstünlük verilə bilər.  

Polşa isə bu qışda yeni bir ukraynalı qaçqın dalğasına hazırlaşır. "Hazırda planlarımızı yaxşılaşdırırıq, mümkün dalğaya hazırlaşırıq. O istisna edilmir, çünki qış gəlib", - Polşanın xarici işlər nazirinin müavini bildirib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->