Almaniya Gürcüstandakı vəziyyətlə əlaqədar 237 milyon avroluq layihələri dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer X sosial şəbəkəsində (Twitter) məlumat verib.
O qeyd edib ki, Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri "təəssüflə” dayandırıb. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və nazir Svenya Şultse Gürcüstanın Aİ yolundan çıxmasına və etirazların dağıdılmasına belə reaksiya verir.
"Biz Batumidə yaşıl hidrogen, enerji infrastrukturu və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək davam edir", - səfir yazıb.
Nizami Bağırov
Şərhlər