Xəbər lenti

Naxçıvanda cərimələnən yüksək vəzifəli şəxs məhkəməyə üz tutdu
Ekonomiks 19:00 24.12.2024

Naxçıvanda cərimələnən yüksək vəzifəli şəxs məhkəməyə üz tutdu

Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova inzibati məsuliyyətə cəlb edilib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Ləman İbrahimovaya İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə cərimə yazıb. 

192.6-cı maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Ləman İbrahimova dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->