Azərbaycan Premyer Liqasında 3-cü dövrənin "Şamaxı” – "Qarabağ” oyununun yeri dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
"Qarabağ” klubunun müraciəti, "Şamaxı” klubunun razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə "Qarabağ” klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin "Şamaxı” – "Qarabağ” oyunu ilə 4-cü dövrənin "Qarabağ” – "Şamaxı” oyunlarının yeri dəyişdirilib
Şərhlər