Xəbər lenti

Türkiyəli ulduzun 43 min lirəlik yeməyi - Müzakirələrə səbəb oldu (FOTO)
Dünya 19:00 26.05.2026

Türkiyəli ulduzun 43 min lirəlik yeməyi - Müzakirələrə səbəb oldu (FOTO)

Türkiyəli məşhur müğənni Ajda Pekkan İstanbulun Yeşilköy səmtində yerləşən lüks restoranlardan birində yemək yeyib.

Qaynarinfo-nun haberler-ə istinadən məlumatına görə, 80 yaşlı sənətçi xüsusi üsulla hazırlanmış "brisket” – yəni dana döş ətinə üstünlük verib. Bildirilib ki, bu yemək palıd tüstüsündə 12 saat ərzində hisə verilərək bişirilib.

Məşhur sənətçinin restoranda etdiyi yeməkdən sonra 43 min lirə hesab ödədiyi qeyd olunub.

Qısa müddətdə sosial şəbəkələrdə yayılan bu yüksək məbləğ istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları qiymətin baha olduğunu desə də, bəziləri yeməyin hazırlanmasına sərf olunan əmək və restoranın xidmət səviyyəsini nəzərə alaraq bunu normal qarşılayıb.
 
Günay
 

--> -->