Xəbər lenti

Türkiyə Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqlədi
Dünya 17:10 06.03.2025

Türkiyə Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqlədi

Türkiyə Müdafiə Nazirliyi "zərurət yaranarsa", ölkəsinin sülhü təmin etmək üçün Ukraynada qoşun yerləşdirməyə hazır olduğunu bəyan edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.  

"Missiyada iştirak məsələsi... əgər bu, regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab olunarsa, bütün maraqlı tərəflərlə birlikdə qiymətləndiriləcək", - bəyanatda deyilir.  

Türkiyə MN-in bəyanatında qeyd olunur ki, "son hadisələr fonunda Avropanın təhlükəsizliyini Türkiyəsiz təmin etmək mümkün deyil".  
Ankara vurğulayır ki, Türkiyə NATO və ATƏT-in üzvü kimi inkişaf etmiş müdafiə sənayesi, regional böhranların həllində rolu və güclü ordusu ilə Avropanın təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir.  

Bundan bir qədər əvvəl KİV yazırdı ki, Türkiyə Ukrayna və Rusiya nümayəndələri ilə danışıqlarda öz hərbçilərini Ukrayna ərazisində "sülhməramlı qüvvələrin" tərkibində yerləşdirməyə açıq olduğunu bildirib.  
Lakin Ankara yalnız o halda belə bir missiyada iştirak edəcəyini bəyan edib ki, bütün məsləhətləşmələrə və hazırlıq prosesinə cəlb olunsun.  

Bundan əlavə, Türkiyənin xarici işlər naziri Hakan Fidan 2 martda Londonda keçirilmiş müdafiə sammitinin iştirakçılarından biri olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->