Xəbər lenti

Prezidentin Türkiyə səfərində verdiyi mesajlar... (ŞƏRH)
Siyasət 17:03 06.03.2025

Prezidentin Türkiyə səfərində verdiyi mesajlar... (ŞƏRH)

"Dövlət başçısı Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz olduğunu bildirməklə yanaşı, bu əməkdaşlığın daha da gücləndiriləcəyinə işarə vurdu".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin yekunlarını şərh edərkən deyib.

Rüstəm Tağızadə bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfərində əsas məqam enerji məsələsilə bağlı olub:

"Prezident səfər çərçivəsində keçirilən brifinqdə bir neçə mesaj verdi. Bu mesajlarda Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi ön plana çəkildi. Çünki hazırda dünyada gərgin vəziyyət hökm sürməkdədir. Rusiya-Ukrayna müharibəsi davam edir. Yaxın Şərqdə vəziyyət qəliz olaraq qalmaqdadır. İranqa qarşı da siyasi təzyiqlər var. Bu fonda İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığını, strateji tərəfdaşlığını vurğuladı. Prezident Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz olduğunu deməklə yanaşı, bu əməkdaşlığın daha da gücləndiriləcəyinə işarə də vurdu. Dünyada gedən geosiyasi proseslərə toxunan Prezident ölkəmizin bu sarıdan tək olmadığını da diqqətə çatdırıb".

 

Həmsöhbətimiz qeyd edir ki, əsas məsələlərdən biri də Iğdır-Naxçıvan qaz kəmərinin açılışı idi: 

"Həmin layihənin özəlliyi odur ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə onun genişləndirilməsi imkanları da vardır. Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çıxışı bir daha təmin olunur. Ankara və Bakı digər nəhəng layihələr də planlaşdırır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP layihələri nəinki iki ölkəni birləşdirir, həmçinin Avrasiyanın enerji təhlükəsizliyində iştirak edir. Bu sarıdan da Azərbaycanın Orta Dəhlizdə rolu böyükdür".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdə olub. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bundan başqa, onlar Iğdır-Naxçıvan qaz kəmərinin açılış törəninə də qatılıblar. Səfərin sonunda tərəflər brifinq keçirərək, mühüm mesajlar veriblər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->